Türkiyənin yeni pilotsuz təyyarəsi F-35-ləri təhdid edir - İsraildən etiraf
Bizi izləyin

Dünya

Türkiyənin yeni pilotsuz təyyarəsi F-35-ləri təhdid edir - İsraildən etiraf

İsrail mətbuatı Türkiyənin müdafiə sənayesindəki son nailiyyətlərdən yazıb.

Publika.az xəbər verir ki, İsrailin “Maariv” nəşri “Türkiyə ABŞ-ın F-35-lərini təhdid edən səma qırıcı pilotsuz təyyarəsini təqdim etdi” başlıqlı məqalə dərc edib.

Məqalədə ASELSAN tərəfindən hazırlanan “MURAD-100A” radarının “Baykar” şirkətinin istehsalı olan “Bayraktar Kızılelma” pilotsuz döyüş təyyarəsinə uğurla inteqrasiya edilməsi “oyunu dəyişdirən” addım kimi qiymətləndirilib.

Nəşrin məlumatına görə, bu nailiyyət Türkiyəni hava hücumundan müdafiə və elektron müharibə sahəsində müstəqil qlobal güc kimi önə çıxarır. Həmçinin Türkiyənin hazırladığı təkmil radar sisteminin ABŞ-ın F-35 qırıcılarında istifadə edilən “AN/APG-81” radarına ciddi rəqib olduğu vurğulanıb.

Bildirilib ki, “MURAD-100A AESA” radarı “Gallium Nitride” (GaN) texnologiyasına malik gücləndiricilərlə təchiz edilib. Bu xüsusiyyət radarın əhatə dairəsini genişləndirir, 360 dərəcə görünüş təmin edir və eyni anda bir neçə hədəfi izləmək və onlara zərbə endirmək imkanı yaradır.

Qeyd olunur ki, radar bundan əvvəl “Bayraktar AKINCI” pilotsuz uçuş aparatı üzərində də uğurla sınaqdan keçirilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm