La Liqa geri çəkildi: Bu oyun ABŞ-da keçirilməyəcək
Bizi izləyin

İdman

La Liqa geri çəkildi: Bu oyun ABŞ-da keçirilməyəcək

“Vilyarreal” və “Barselona” klubları İspaniya çempionatının 17-ci turu çərçivəsində ABŞ-da qarşılaşmayacaq.

Publika.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

“La Liqa dərin təəssüf hissi ilə bildirir ki, İspaniya futbolunun beynəlmiləlləşməsi üçün tarixi və misilsiz bir fürsət sayılan bu layihə həyata keçirilməyəcək. Ölkəmizdən kənarda rəsmi oyunun təşkili yarışların qlobal inkişafında mühüm addım ola bilərdi, klubların beynəlxalq mövqeyini gücləndirər, futbolçuların statusunu artırar və İspaniya futbolunu ABŞ kimi strateji bazarda daha görünən edərdi”, – ldeyə iqanın açıqlamasında qeyd olunub.

Görüş dekabrın 20-də Mayamidə keçirilməli idi.

Qeyd edək ki, La Liqanın bütün klubları bu qərara rəsmi şəkildə etiraz ediblər. Komanaların futbolçuları isə ABŞ-da oyunun keçirilməsinə etiraz əlaməti olaraq 9-cu turun matçlarının əvvəlində 15 saniyə hərəkətsiz dayanıblar.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm