İdman
Qurban Qurbanov: Qarşılaşma boyunca şanslarımız var idi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda “Atletik”ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Cari mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun yaxşı alındı. Ən azı məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub, saxladılar. Futbolçularımız üçün bu asan deyildi. “Atletik” hesabda 2:1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq. Nəticədə üçüncü qolu qapımızda gördük. Əsas mərhələdə get-gedə rəqiblər daha da çətinləşir və məsuliyyət böyüyür”.
Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib.
-
Dünya01:40
Tramp Putinlə görüşü LƏĞV ETDİ
-
ABŞ01:20
Bu xəbərləri təkzib etdi: Yalandır
-
MDB00:55
Rusiyada daha bir partlayış: 4 nəfər öldü, yaralılar var - Video
-
İdman22 Oktyabr 22:39
"Qarabağ" "Atletik"ə məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
İdman22 Oktyabr 22:12
"Qarabağ"ın oyununda erməni təxribatı - Foto/Video/Yeniləndi
-
Magazin122 Oktyabr 20:36
Sonaxanım efirdə parikini çıxardı: "Deyirlər ki, keçəldir" - VİDEO
-
Hadisə22 Oktyabr 19:00
Bakı metrosunda ölüm hadisəsi baş verdi
-
Nəqliyyat22 Oktyabr 18:30
Bakıda axşam tıxacı: 13 yol keçilməz oldu