Nida Xəbər
Naxçıvana dəmir yolu xəttinin açılacağı tarix bəlli oldu: Paşinyan elan etdi

Siyasi baxımdan biz Naxçıvan Muxtar Respublikasından Azərbaycanın materik hissəsinə və geriyə Ermənistan ərazisindən tranziti təmin etməyə hazırıq, lakin texniki cəhətdən infrastrukturun olmaması səbəbindən hələ hazır deyilik.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanda keçirilən “İpək Yolu” konfransı zamanı deyib.
"Siyasi baxımdan biz Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında, eləcə də Türkiyə ilə Azərbaycanın materik hissəsi arasında dəmir yolu tranzitini təmin etməyə də hazırıq, lakin bu hissələrdə dəmir yolu təmir və ya yenidənqurma tələb edir. Əminəm ki, texniki məsələlər iki-üç il ərzində öz həllini tapacaq", - Paşinyan bildirib.
“Ermənistanla Türkiyə arasında dialoq, Ermənistanla Azərbaycan arasında yaradılmış sülh, TRİPP layihəsi, Gürcüstan və İranın region ölkələri ilə mehriban qonşuluq münasibətləri Cənubi Qafqazı Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində ən cəlbedici tranzit marşrutuna çevirəcək. Hazırda Cənubi Qafqaza yönəlmiş böyük beynəlxalq maraq bizim - Ermənistan, Gürcüstan və Azərbaycanı nəzərdə tuturam - regionumuzun inkişafını və sabitliyini təmin etmək üçün ağılla istifadə etməli olduğumuz kapitaldır”, - Paşinyan vurğulayıb.
Tural
-
İqtisadi gündəm15:52
Yaşayış minimumu bu qədər artırılır
-
İdman15:13
"Qarabağ" "Atletik"ə qalib gəlsə... - Görün futbolçular nə qədər mükafat alacaq
-
Rəsmi xronika14:48
İlham Əliyev Yaqub Eyyubova "İstiqlal" ordenini təqdim etdi - YENİLƏNDİ
-
Rəsmi xronika14:02
Onlara verilən pulun məbləği 50 faiz artırıldı - Prezident təsdiqlədi
-
Köşə13:06
Abubakarın “Neftçi”yə transferində Adnan Əhmədzadə izi
-
Rəsmi xronika12:58
İlham Əliyev fərman imzaladı
-
Dünya12:40
Türkiyənin yeni pilotsuz təyyarəsi F-35-ləri təhdid edir - İsraildən etiraf
-
İdman12:07
Məktəb direktorunun möcüzəsi: Balıqçılar kəndinin nağıl dolu çempionluq hekayəsi