"Atletik"in futbolçusu "Qarabağ"ı xeyli təriflədi
Bizi izləyin

İdman

"Atletik"in futbolçusu "Qarabağ"ı xeyli təriflədi

"Atletik" klubun hücumçusu Robert Navarro UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində qalib gəldikləri (3:1) "Qarabağ"la oyun haqda danışıb.

Publika.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə açıqlama verən ispaniyalı futbolçu Ağdam klubu barədə müsbət fikirlər səsləndirib:

"Çox xoşbəxtəm. Matçın əvvəlində qol buraxmaq heç vaxt asan deyil. Komanda hesabı bərabərləşdirmək və üstünlüyü ələ keçirmək üçün çox çalışdı. İkinci hissədə meydana çıxdığım və bu qolu vurduğum üçün çox şadam.

"Qarabağ" çox da tanınmayan liqada oynayır, lakin parlaq rəqabət aparan komandadır. Onlar "Kopenhagen" və "Benfika" ilə oyunlarda qələbə qazanmışdılar. Bir az əziyyət çəkməli olduq, amma üç xalı əldə etdiyimiz üçün çox şadıq".

Qeyd edək ki, Robert Navarro Ağdam klubu ilə görüşdə komandasının ikinci qolunun müəllifi olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm