Viktoriya Devid Bekhem xəyanəti barədə ilk dəfə açıq danışdı
Bizi izləyin

İdman

Viktoriya Devid Bekhem xəyanəti barədə ilk dəfə açıq danışdı

Viktoriya Bekhem uzun fasilədən sonra həyat yoldaşı Devid Bekhemin keçmiş köməkçisi Rebeka Lusla bağlı roman şayiələrinə ilk dəfə münasibət bildirib.

Publika.az xəbər verir ki, 51 yaşlı dizayner "Call Her Daddy" podkastına qonaq olub. Aparıcı Aleks Kuper ondan bu məsələnin ailələrinə necə təsir etdiyini soruşub. “İllərdir münasibətinizlə bağlı saysız söz-söhbətlər yayılıb. Devid bu mövzuya sənədli filmində də toxunub. Siz bu qədər sınaqdan necə çıxdınız?” - deyə Kuper sual edib.

Viktoriya tərəddüd etmədən cavab verib:

“Bilirsiniz, bu illər ərzində üzərimizə çox şey gəldi. Amma bu yaxınlarda 26-cı evlilik ildönümümüzü qeyd etdik. Halbuki bir vaxtlar çoxları bizim uzunömürlü olmayacağımızı deyirdi. Biz isə sadəcə birlikdə qalaraq bütün fırtınalara tab gətirdik”, - deyə o bildirib.

Qeyd edək ki, "Netflix"də yayımlanan “Beckham” adlı sənədli serialın müəllifi Fiçer Stivens əvvəllər demişdi ki, layihə zamanı Devid həqiqətən də Rebeka Lusla münasibətini etiraf edib, baxmayaraq ki, futbolçu bunu birbaşa sözlə deməyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm