Yamal onu Fliklə tanış etdi: Sanki oğul sevgilisini atasına... - VİDEO
Bizi izləyin

İdman

Yamal onu Fliklə tanış etdi: Sanki oğul sevgilisini atasına... - VİDEO

İspaniyalı vinger Lamin Yamal Çempionlar Liqasındakı oyundan sonra sevgilisi Niki Nikolu “Barselona”nın baş məşqçisi Hansi Fliklə tanış edib.

Publika.az xəbər verir ki, Nikol və Flik qısa söhbət edib, bu zaman alman mütəxəssis gülümsəyib.

Sosial şəbəkə istifadəçiləri bu məsələni zarafatla qarşılayıblar. “Bu, sanki oğulun sevgilisini atasına təqdim etməsinə bənzəyirdi”, - deyə onlar bildiriblər.

Çempionlar Liqasının üçüncü turunda “Barselona” Yunanıstanın “Olimpiakos” klubunu 6:1 hesabı ilə məğlub edib. 18 yaşlı Yamal 68-ci dəqiqədə penaltidən fərqlənib, 75-ci dəqiqədə isə əvəzlənib.

Yamal cari mövsümdə bütün turnirlər üzrə 9 oyuna çıxıb, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm