Nida Xəbər
Bakıda TDT-nin işçi qrupunun iclası keçirildi

Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısı çərçivəsində işçi qrupun iclası keçirilib.
Publika.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, TDT Baş katibinin müavini Merey Mukazhan təşkilata üzv dövlətlər arasında ortaq tarixi və mədəni dəyərlərin tərəfdaşlıq üçün möhkəm zəmin yaratdığını vurğulayıb. Yaşıl texnologiyaların inkişafının və bu sahədə transformasiyanın sürətləndirilməsinin regionun davamlı inkişafında mühüm rol oynadığnı nəzərə çatdırıb, qarşılıqlı fəaliyyətin gücləndirilməsində İşçi qrupun iclasının mühüm rol oynayacağına əminliyini ifadə edib.
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya üzrə işçi qrupunun Türk dünyası üzrə əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin müzakirəsi üçün yaxşı platforma olduğunu vurğulayıb. Fəaliyyət Planının icrası çərçivəsində üzv və müşahidəçi ölkələr arasında institusional əlaqələrin daha da gücləndiyi, bilik və təcrübə mübadiləsinin genişləndiyi qeyd olunub. Azərbaycanın türk dövlətləri ilə əlaqələrə böyük önəm verdiyi, tədbirin sənaye, təhsil, innovasiya, texnologiya, investisiya, kiçik və orta sahibkarlığın inkişafı və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
İclasda Fəaliyyət Planının icrası ilə bağlı məsələlər müzakirə olunub. Müzakirələrdə sənaye istehsalında süni intellekt və rəqəmsal transformasiya, innovasiya ekosisteminin gücləndirilməsi üzrə proqramların icrası, investisiya, kiçik və orta sahibkarlığın (KOB) təşviqi məsələləri diqqət mərkəzində olub. Elmi tədqiqat və təqaüd proqramlarının təşkili, elmi-texnoloji əməkdaşlığı təşviq edən institusional dəstək mexanizmləri, həmçinin metrologiya, qida təhlükəsizliyi üzrə infrastrukturun inkişafı, standartlaşdırma, əqli mülkiyyət sahəsində əməkdaşlıq, kosmik texnologiyaların istehsalı və inkişafı sahəsində birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. İşçi qrupun gələcək fəaliyyətinə dair atılacaq addımlar müzakirə edilib.
İclası çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti "Bakı KOB evi"nin fəaliyyəti ilə tanış olub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "Bakı KOB evi"nin nümayəndələri tərəfindən qonaqlara KOB evi konsepsiyası və onun üstünlükləri barədə məlumat verilib. Qeyd olunub ki, sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər KOB evlərində vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunur. KOB evi modeli biznesə xidmətlərin göstərilməsi sahəsində yeniliklərdəndir. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən Azərbaycanın KOB evi modeli qabaqcıl innovativ təcrübə və nümunəvi model kimi qiymətləndirilərək, tətbiqi təşkilata üzv ölkələrə tövsiyə edilib. Artıq bu modelin tətbiqinə dair bir neçə ölkə ilə əməkdaşlıq sənədləri imzalanıb.
KOB evi ilə tanışlıq çərçivəsində qonaqların sualları da cavablandırılıb.
-
Kriminal22:12
Dəhşətli cinayətin ŞOK TƏFƏRRÜATI - Hər ay kreditin ödəyib, əraziyə "giriş qadağandır" nişanı qoyub
-
Sosial21:36
Şəhidin büstü üzərindəki gülləri o oğurlayırmış - FOTO/VİDEO
-
Sosial21:24
Azyaşlı qızla ad günündə münasibətdə oldu: "Yaşını bilmirdim"
-
MDB19:36
Səmada qeyri-adi buludlar - Uçan boşqablar və...
-
Cənubi Qafqaz19:24
Ermənistanda daha bir şəhərin meri HƏBS EDİLDİ - FOTO
-
Sosial18:48
İcra başçısının oğluna yüksək VƏZİFƏ VERİLDİ
-
Dünya17:34
Məhbuslar Sarkozini yatmağa qoymadılar: Qisas alacağıq - VİDEO
-
Sosial16:50
Gələn il minimum maaşlar artacaq? - Rəsmi