"Real"a şad xəbər: Onlar "El-Klasiko"da oynaya biləcəklər
Bizi izləyin

İdman

"Real"a şad xəbər: Onlar "El-Klasiko"da oynaya biləcəklər

"El-Klasiko" öncəsi "Real"ın heyətlə bağlı durumu xeyli yaxşılaşıb.

Publika.az xəbər verir ki, zədəli futbolçular – müdafiəçilər Trent Aleksander-Arnold, Dani Karvaxal və Din Höysen, həmçinin yarımmüdafiəçi Dani Sebalyos sağalıb və oyuna hazırdırlar. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Bütün dörd futbolçu zədələrini tam bərpa edib və bazar günü “Barselona”ya qarşı keçiriləcək görüşdə iştirak edə biləcəklər.

Qarşılaşma “Santyaqo Bernabeu” stadionunda Bakı vaxtı ilə saat 19:15-də start götürəcək.

Hazırda “Real” 9 turdan sonra 24 xalla La Liqanın lideridir, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm