"Real" onunla bağlı qəti qərar verdi
Bizi izləyin

İdman

"Real" onunla bağlı qəti qərar verdi

“Real” klubu hücumçu Endrikin gələcəyi ilə bağlı qərarını verib.

Publika.az xəbər verir ki, braziliyalı forvard baş məşqçi Xabi Alonsonun əsas komandasında yer almır. Cümə günü klubda keçirilən görüşdən sonra braziliyalının yanvar ayında icarəyə verilməsi qərara alınıb. Bu barədə jurnalist Markos Benito bildirib.

“Kral klubu”nun rəhbərliyi oyunçunun İspaniyada qalmamasını, xarici kluba keçməsini üstün tutur. Endrik özü də icarə ideyasını dəstəkləyir.

Cari mövsümdə 19 yaşlı hücumçu hələ bir dəfə də meydana çıxmayıb. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm