İdman
Dünyanı heyrətə gətirən qadın futbolçu: 8 aylıq hamilədir, amma... - FOTOLAR
“Santos”un qadın komandasının hücumçusu Ketlen Viqqers noyabrın sonunda oğlu Lukanln doğuşuna hazırlaşır.
Publika.az xəbər verir ki, lakin o, hamiləliyinin səkkizinci ayında olmasına baxmayaraq, məşqləri dayandırmayıb. Ketlen Braziliya futbol tarixində belə uzunmüddətli hamiləlik dövründə komanda ilə məşq edən ilk qadın futbolçu kimi tarixə düşüb.

Komandanın fitnes-məşqçisi İzabella Silva Matosun rəhbərliyi ilə o, məşqlərini təhlükəsiz və fiziki formanın balansını qoruyacaq şəkildə uyğunlaşdırıb.
“Məşqlərdə isinmə, aşağı bədən hissəsinə güc hərəkətləri və ötürmə məşqlərində komanda ilə birgə iştirak edirdi, zərbə və tamamlayıcı hərəkətləri isə fərdi qaydada yerinə yetirirdi”, – deyə Matos bildirib.

“Santos” klubunun, komanda yoldaşlarının və azarkeşlərin dəstəyi futbolçuya motivasiya verib. “Məşqlər zamanı mənə göstərilən qayğı inanılmaz idi. Mən bütün bu sevgi, anlayış və dəstəyə görə özümü çox məmnun və minnətdar hiss edirəm”, – deyə Ketlen bildirib.
Onun belə bir vəziyyətdə məşq etməsi təkcə ölkəsində deyil, bütün dünyada müzakirə olunur.
Heybət

-
Dünya12:50İmamoğlunun gizli əməliyyatı ifşa edildi - Görün kimlə əlbir olubmuş
-
Kriminal11:14Azər Maqsudova hökm oxundu
-
Avropa10:36Süni intellekt naziri “hamilədir”, görün neçə uşaq “doğacaq” - Albaniyada nə baş verir?
-
İdman09:48Dünyanı heyrətə gətirən qadın futbolçu: 8 aylıq hamilədir, amma... - FOTOLAR
-
İqtisadi gündəm09:23Açıqlandı: Gələn ildən pensiya kapitalı bu qədər artırılacaq
-
Hadisə08:49Səngəçalda dağlıq ərazidə köməksiz qalan şəxs belə xilas edildi - Video
-
Magazin207:35Bu görüntüləri yayıb reytinqli serialdan çıxdığını elan etdi - FOTO
-
MDB06:46Sosial mediada LGBT bayrağı paylaşdığı üçün həbs olundu

































.jpg)


