Alonso əlini sıxmayan Vinisiusdan danışdı: Söhbət edəcəyik
Bizi izləyin

İdman

Alonso əlini sıxmayan Vinisiusdan danışdı: Söhbət edəcəyik

“Real”ın baş məşqçisi Xabi Alonso La Liqanın 10-cu turunda “Barselona” üzərində 2:1 hesablı qələbədən sonra Vinisius Juniorun davranışına münasibət bildirib.

Publika.az xəbər verir ki, 25 yaşlı braziliyalı cinah oyunçusu 72-ci dəqiqədə əvəzlənməsindən çox narazı qalıb. O, meydanı tərk edərkən Alonsonun əlini sıxmayıb və birbaşa paltardəyişmə otağına yollanıb, lakin bir qədər sonra ehtiyat oyunçular skamyasına qayıdıb.

“Əsas məsələdən diqqəti yayındırmaq istəmirəm. Bu hadisə barədə sonra danışacağıq. Vini də komandaya böyük töhfə verdi və əla oyun göstərdi. Bu, vacib və layiqli, baxmayaraq ki, minimal qələbə idi.

Komandada müxtəlif xarakterli oyunçular var. İndi bu qələbənin dadını çıxaracağıq, daha sonra paltardəyişmə otağında söhbət edəcəyik”, — deyə Alonso “AS” nəşrinə açıqlamasında deyib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm