"Real"a bəd xəbər: Kapitan yenə zədələndi
Bizi izləyin

İdman

"Real"a bəd xəbər: Kapitan yenə zədələndi

“Real”ın müdafiəçisi və kapitanı Dani Karvaxal 2-3 ay müddətinə sıradan çıxıb.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı ispaniyalı futbolçunun sağ dizində sərbəst oynaq hissəsində problem aşkarlanıb. Sentyabrın sonunda “Real”ın kapitanı La Liqanın 7-ci turunda “Atletiko” ilə oyunda (2:5) sağ baldır əzələsindən zədələnmişdi.

Cari mövsümdə Karvaxal bütün turnirlərdə 8 oyun keçirib, lakin məhsuldar hərəkətlə yadda qalmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm