"Arsenal"ın yeni planı: O, klubun tarixinə düşəcək
Bizi izləyin

İdman

"Arsenal"ın yeni planı: O, klubun tarixinə düşəcək

“Arsenal” hücumçusu Bukayo Saka ilə müqaviləni uzatmağa yaxındır.

Publika.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Mənbənin sözlərinə görə, yeni şərtlərə əsasən, 24 yaşlı ingilis futbolçu klub tarixində ən çox maaş alan oyunçu olacaq. O, həftədə təxminən 343 min avro qazanacaq. Müqavilənin 5 il müddətinə uzadılması planlaşdırılır və danışıqlar uğurla davam edir.

Saka ilə hazırkı sözləşmə 2027-ci il iyunun 30-da başa çatır. 2025/26 mövsümündə o, 10 oyunda 3 qol vurub.

"Transfermarkt" futbolçunun bazar dəyərini 140 milyon avro olaraq qiymətləndirir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm