Messi DÇ-2026-ya gedir? - Çempionluq titulunu qorumaq əla olardı
Bizi izləyin

İdman

Messi DÇ-2026-ya gedir? - Çempionluq titulunu qorumaq əla olardı

Lionel Messi 2026-cı il dünya çempionatında oynamaq istəyir.

Publika.az xəbər verir ki, Argentina millisinin üzvü bunu “Mundo Deportivo”ya açıqlamasında bildirib. O, çempionluq titulunu qorumaq istədiklərini söyləyib;

“Düzünü desəm, dünya çempionatında oynamaq inanılmaz olardı. Formada olub yığmada vacib rol oynamaq istəyirəm. 2026-cı ilin əvvəlində “İnter Mayami” ilə mövsümöncəsi hazırlıq başlayanda vəziyyətimi qiymətləndirəcəyəm və baxacağam - 100 faiz oynaya bilərəmmi, komandaya və milliyə faydam dəyəcəkmi. Sonra qərar verəcəyəm.

Əlbəttə, çox həyəcanlıyam, çünki bu dünya çempionatıdır. Biz son turniri qazandıq və titulu qorumaq əla olardı. Millidə oynamaq, xüsusilə də rəsmi yarışda çıxış etmək, hər futbolçunun arzusudur”.

Qeyd edək ki, “İnter Mayami”nin 38 yaşlı hücumçusu yığması ilə 2022-ci ildə Qətərdə keçirilən mundialın qalibi olub.

DÇ-2026 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina yığması artıq turnirin final mərhələsinə vəsiqə qazanıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm