15 yaşlı futbolçu öldü
Bizi izləyin

İdman

15 yaşlı futbolçu öldü

"Real Saraqosa"nın futbol akademiyasının oyunçusu Xorxe Kasado 15 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ölüm səbəbi açıqlanmayıb.

“Məktəbimizin oyunçusu Xorxenin itkisi bizi dərindən sarsıtdı. Onun ailəsinə və yaxınlarına bu ağır günlərdə sevgimizi və dəstəyimizi göndəririk. Ruhun şad olsun, Xorxe”, – deyə açıqlamada bildirilib.

"Real Saragosa"nın əsas komandası hazırda İspaniya Sequndasında çıxış edir. "Ağ-göylər" 11 turdan sonra 6 xal toplayaraq turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm