39 yaşlı ulduz dayanmaq bilmir: Komandasını finala çıxardı - VİDEO
Bizi izləyin

İdman

39 yaşlı ulduz dayanmaq bilmir: Komandasını finala çıxardı - VİDEO

Cənubi Amerikanın klub turniri olan Kopa Sudamerikananın ilk finalçısı müəyyənləşib.

Publika.az xəbər verir ki, “Atletiko Mineyro” öz meydanında Ekvadorun “İndependyente” klubunu 3:1 hesabı ilə məğlub edib. Tərəflər arasında ilk oyunda 1:1 hesabı qeydə alındığından Braziliya klubu mərhələ adlayıb.

Qalib komandanın heyətində Qilyerme Arana, Bernard və 39 yaşlı ulduz futbolçu Halk fərqləniblər.

“Atletiko Mineyro”nun Cənubi Amerikanın ən nüfuzlu ikinci klub turnirinin finalında rəqibi “Universidad de Çili” (Çili) – “Lanus” (Argentina) cütünün qalibi olacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm