“Qarabağ”a qarşı oynamayacaq: Ulduz futbolçu bu gün əməliyyat olunacaq
Bizi izləyin

İdman

“Qarabağ”a qarşı oynamayacaq: Ulduz futbolçu bu gün əməliyyat olunacaq

"Napoli"nin ulduz yarımmüdafiəçisi Kevin De Bruyne zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Publika.az xəbər verir ki, bu barədə Neapol klubunun direktoru Qabrielle Oriali məlumat verib.

Belçikalı futbolçu bu gün - oktyabrın 29-da əməliyyat olunacaq. Bundan sonra onu uzun bərpa prosesi gözləyir.

“Söhbət, təəssüf ki, 3–4 aylıq fasilədən gedir. Çox təəssüf edirik, çünki o, bizim oyun sxemimizə çox yaxşı uyğunlaşmışdı və xüsusilə təcrübəsi ilə komandaya böyük fayda verirdi”, – deyə Oriali bildirib.

Eyni zamanda, Belçika millisinin digər üzvü Romelu Lukaku bu həftə meydana qayıda biləcək.

Xatırladaq ki, oktyabrın 25-də De Bruyne A Seriyasının 8-ci turunda “İnter”lə görüşdə (3:1) penalti zərbəsini yerinə yetirərkən zədə alıb. Tibbi müayinələr 34 yaşlı futbolçunun sağ ayağının arxa bud əzələsində yırtıq aşkarlayıb.

De Bruyne bu ilin yayında “Mançester Siti”dən azad agent kimi “Napoli”yə keçib. O, İtaliya çempionunun heyətində bütün turnirlərdə 11 matçda 4 qol və 2 asistlə yadda qalıb.

Qeyd edək ki, İtaliya çempionu UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”ın rəqiblərindən biridir. Bu komandalar noyabrın 26-da Neapolda üz-üzə gələcəklər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm