Magazin1
Hər kəs öz keçmişinə baxsın - Səidədən xalasına sərt sözlər
Müğənni Səidə Dadaşova xalası, eyni zamanda həmkarı Lalə Dadaşovanın haqqında sərt sözlər deyib.
Publika.az xəbər verir ki, o qonaq olduğu verilişində xalasının adının çəkilməsinə əsəbiləşib.
"Xahiş edirəm ki, mənim yanımda elə insanların adını çəkməyin. Çünki o adda insanları tanımıram və tanımaq istəmirəm. Bir insan ki, xala olaraq sosial şəbəkədə bilib-bilmədən mənə ağzına gələni yazır. Lap mən nəyisə səhv demişəm. Xala olaraq mənə zəng et və soruş ki, nə olub? Yoxsa sosial şəbəkədə yazır ki, beləsən, eləsən. Hər kəs öz keçmişinə baxsın. Mənə heç kim ailə nümunəsi göstərməsin. Mənə ancaq anam zəng vurub nəsə deyə və ya yaza bilər. Anamla mənim aramdakı söhbətə də heç kim qarışa bilməz. Yalnız atam sağ olsaydı, bu məsələyə müdaxilə edə bilərdi. Atam olmayan yerdə heç kim mənim anamla aramda olan söhbətə müdaxilə edə bilməz. Bu, ana-bala arasındadır, özüm bilərəm. O mənə deyər, ya da mən ona. Bir dəfə məndən danışanda, 5 dəfə özlərindən danışsınlar. Hər kəs öz aynasına, çevrəsinə baxsın. Elə sözlər var ki, onları desəm... Mən hələ böyüklüyümü göstərirəm".
Qeyd edək ki, Səidə Dadaşova mərhum Xalq artisti Rafael Dadaşovun qızıdır.(milli.az)
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO






.jpg)























.jpg)





