Almaniyada matçdan əvvəl stadionda azarkeş vəfat etdi
Bizi izləyin

İdman

Almaniyada matçdan əvvəl stadionda azarkeş vəfat etdi

Almaniya kubokunun 1/16 final mərhələsində keçirilən “Leyptsiq” – “Enerqi Kotbus” oyunu faciə ilə başlayıb.

Publika.az xəbər verir ki, qarşılaşmadan əvvəl meydan sahiblərinin azarkeşi dünyasını dəyişib. Bu barədə ev sahibi klubunun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər stadionun girişinə toplaşarkən komandanın tərəfdarlarından biri qəfil huşunu itirib. O, dərhal xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Klubun məlumatına görə, faciə xarici müdaxilə olmadan baş verib. Hər iki komandanın azarkeşləri və stadiondakı tamaşaçılar hadisəyə hörmətlə yanaşaraq futbolçulara dəstək üçün nəzərdə tutulan ənənəvi şüar və çağırışlardan imtina ediblər.

Oyun “Leyptsiq”in 4:1 hesablı qələbəsi ilə başa çatıb və komanda növbəti mərhələyə yüksəlib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm