Maradonanın vurduğu “əsrin qolu” şərəfinə sikkə buraxıldı - FOTOLAR/VİDEO
Bizi izləyin

İdman

Maradonanın vurduğu “əsrin qolu” şərəfinə sikkə buraxıldı - FOTOLAR/VİDEO

Argentina Mərkəzi Bankı (BCRA) futbol üzrə 2026-cı il dünya çempionatına həsr olunmuş unikal gümüş pul təqdim edib.

Publika.az xəbər verir ki, pulun üzərində Dieqo Maradonanın 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında İngiltərəyə vurduğu məşhur “əsrin qolu” təsvir olunub.

Bu pul ABŞ, Meksika və Kanadada keçiriləcək 2026 mundialına həsr olunmuş beynəlxalq xatirə buraxılışları proqramının bir hissəsidir. Buraxılış həm də Maradonanın dörd ingilisin və qapıçı Piter Şiltonu keçərək Argentinaya 2:0 hesablı qələbə qazandırdığı əfsanəvi anın 40 illiyinə həsr olunub.

Ümumi tiraj cəmi 2500 ədəd təşkil edir, hər birinin çəkisi 27 qram, diametri isə 40 millimetrdir. Rəmzi dəyəri 10 dollardır.

Resim

Pul 925 əyarlı gümüşdən hazırlanıb. Dizaynı Argentina Mərkəzi Bankının mütəxəssisləri İspaniyanın Kral Zərbxanası ilə birlikdə hazırlayıblar. Bundan əlavə, pulun qızıl versiyası da buraxılacaq, lakin onu yalnız ölkə xaricində əldə etmək mümkün olacaq.

Pulun ön tərəfində sanki onu deşib keçən futbol topu təsvir olunub, arxa tərəfində isə Maradonanın həmin tarixi qolunun trayektoriyası sxematik şəkildə göstərilib.

Xatırladaq ki, Dieqo Maradona 25 noyabr 2020-ci ildə, 60 yaşında ürək tutmasından vəfat edib. Onun ölümündən sonra əfsanəvi futbolçunun ölümündə həkimlərin səhlənkarlığının olub-olmaması ilə bağlı istintaq başlanıb.

Heybət

Resim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm