"Barselona"ya bəd xəbər: Zədəsi ciddidir
Bizi izləyin

İdman

"Barselona"ya bəd xəbər: Zədəsi ciddidir

“Barselona”nın yarımmüdafiəçisi Pedri zədəyə görə ən azı 6 həftə meydanlardan kənarda qalacaq.

Publika.az xəbər verir ki, oktyabrın 29-da klub 22 yaşlı ispaniyalı futbolçunun müayinəsinin nəticələrini açıqlayıb. “Barselona” bildirib ki, müayinə zamanı futbolçunun sol bud əzələsinin iki başlı distal hissəsində yırtıq aşkarlanıb.

AS nəşrinin məlumatına görə, futbolçu ən azı 6 həftə oynamayacaq və onun diaqnozu ilkin ehtimallardan daha ciddi çıxıb.

Qeyd edək ki, əvvəlcə mediada Pedrinin təxminən 3 həftə oynaya bilməyəcəyi qeyd olunmuşdu.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm