İdman
Leyla Əliyevanın təşəbbüsü ilə minifutbol turniri təşkil olundu - FOTO
 
                                    
                                    
                                    
                                Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti “Dostluq Kuboku” minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.
Publika.az xəbər verir ki, turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da izləyiblər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə “Şahinlər”, “Birlik”, “Zəfər” və “Kəpəz” adları ilə güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də matçları izləyənlərin böyük coşqu və sevinc yaşadıqları diqqət çəkib.
Turnirin ən yaddaqalan anlarından biri oyunları izləyən Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyevanın bütün komandaları dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha vurğulayıblar.
Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıb.
Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir etdiyini bildirərək, uşaqlarda özünəinamın və sosial əlaqələrin güclənməsinə səbəb olduğunu diqqətə çatdırıblar. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, “Dostluq Kuboku” minifutbol turniri ilk dəfə bu ilin mayında təşkil olunub və hazırkı yarış həmin ənənənin uğurlu davamı kimi reallaşdırılıb.
Minifutbol turnirinin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.
 
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                                     
                                                                                                                            - 
                     Hadisə01:11 Hadisə01:11Gənc oğlan idman zalında öldü - VİDEO 
- 
                     Qoroskop00:15 Qoroskop00:15Günün ULDUZ FALI - Qaranlığın içindəki işığı tapmaq üçün... 
- 
                     Magazin200:00 Magazin200:00"Eşref Rüya"nın aktrisası yeni serialda - FOTO 
- 
                     Ekologiya30 Oktyabr 23:24 Ekologiya30 Oktyabr 23:24Bu tərəvəzlər torpaqdan təhlükəli toksinlər toplayır 
- 
                     Səhiyyə30 Oktyabr 23:12 Səhiyyə30 Oktyabr 23:12Yarasalarda yeni koronavirus növü tapıldı 
- 
                     Magazin130 Oktyabr 21:55 Magazin130 Oktyabr 21:55"Anamın başqa kişidən olan uşağına baxdım, atam isə..." 
- 
                     Dünya30 Oktyabr 21:00 Dünya30 Oktyabr 21:00Çin onları kosmosa göndərir - FOTO 
- 
                     Art30 Oktyabr 19:48 Art30 Oktyabr 19:48SSRİ Xalq artisti Yakub Əhmədov VƏFAT ETDİ - FOTO 






 
        
    

























.jpg)




.jpg)