İdman
Noyer "Bayern"dəki gələcəyindən danışdı: Qalır, yoxsa gedir?
“Bayern”in qapıçısı Manuel Noyer Münhen klubuyla müqaviləsinin başa çatması barədə danışıb.
Publika.az xəbər verir ki, klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə olan 39 yaşlı qapıçı gözləməyi üstün tutur:
“Mən bu məsələyə görə tam sakitəm. Ən vacibi komandamızla birlikdə nələr etdiyimizdir. Artıq qeyd etmişdim ki, mənim özümü necə hiss etməyim də önəmlidir. Tələsmirəm və ən azı qışın sonuna qədər tam sakitəm. Burada bir çox amillər rol oynayır - sağlamlıq, fiziki forma, motivasiya və həmçinin klubun gələcək planları. Gələn mövsümdə nə olacağını indi demək hələ tezdir. Amma əlbəttə ki, lazım gələrsə, danışıqlar masasına otura bilərik. Hər şeyin öz zamanı var”.
Noyer 2011-ci ildən “Bayern”in formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 17 oyunda meydana çıxıb, 13 qol buraxıb və 7 görüşü qapısını toxunulmaz saxlayıb.
Heybət
-
ABŞ19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ
-
Nida Xəbər 18:48Baş Prokurorluq onun xəstəxanada ölümü bağlı AÇIQLAMA YAYDI
-
ABŞ18:36ABŞ-ın keçmiş vitse-prezidentinin ölüm səbəbi AÇIQLANDI
-
İdman18:24Qarabağ”ın “Çelsi” ilə oyunundan öncəki son məşqindən FOTOLAR
-
Sosial17:55Azərbaycanda bu vəzifəli şəxslər ifşa edildi - RƏSMİ
-
Hadisə17:25Bakıda çoxmənzilli binadakı yanğın söndürüldü
-
Sosial17:22Sabah Bakının bəzi qəsəbələrində su kəsiləcək
-
Rəsmi xronika16:50Özbəkistan Prezidenti İlham Əliyevi təbrik etdi




































