İdman
“SFA Federasiya Kuboku 2025” başa çatdı - Fotolar
“Ramada by Wyndham Baku” hotelinin ərazisində yerləşən Azərbaycan Yelkən Federasiyasının (SFA) Yelkən Mərkəzində 7-9 noyabr tarixlərində keçirilən “SFA FEDERASİYA KUBOKU 2025” yarışı yekunlaşıb.
Publika.az xəbər verir ki, yarışlar hər gün saat 10:00–17:00 aralığında baş tutub.
Turnir çərçivəsində 9 noyabr saat 18:00-da mükafatlandırma mərasimi keçirilib və qaliblər müxtəlif siniflər üzrə təltif olunublar.
ILCA 4 sinifi
I yer — Davud Babazadə
II yer — Ameliya Əliyeva
III yer — Nəzrin Məmmədova Optimist
Junior sinifi
I yer — Ece Deniz Gursel (ARM Urla, Türkiyə)
II yer — Kamilla Həsənova
III yer — Ayaz Yılmazer
Optimist Qızlar sinifi
I yer — Nehir Uygur (ARM Urla, Türkiyə)
II yer — Emel Məmmədli
III yer — Yağmur Həsənli
Optimist Ümumi sinifi
I yer — Kamal Bəşirli
II yer — Nurlan Ağazadə
III yer — Nehir Uygur (ARM Urla, Türkiyə)
Tədbirdə çıxış edən Federasiya Prezidenti Qüdrət Qurbanov deyib ki, bu il bizə qoşulanlar arasında qızlar çoxdur. Federasiya Prezidenti Azərbaycan Yelkən Federasiyası yarışda iştirak edən bütün yelkənçiləri təbrik edib və qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, Federasiya ölkəmizdə yelkən idmanının inkişafını dəstəkləmək və yeni nəsil idmançılar yetişdirmək məqsədilə fəaliyyətini davam etdirəcək
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək
-
Magazin206:16Bahar yenidən həbs ediləcək
-
Sağlamlıq05:45Gülüş ömrü niyə uzadır? - Terapevt izah etdi
-
İdman00:45Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı
-
Qoroskop00:15Günün ulduz falı - Münasibətlərdə anlaşılmazlıqlar ola bilər
-
Magazin231 Mart 23:48Film premyerasında mini libası ilə göz qamaşdırdı - Foto
-
Art31 Mart 23:12“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”











.jpg)


























