Dünya
Kartel lideri məhkəmədən tələb etdi: Bu ölkədə mühakimə olunmaq istəyirəm
ABŞ-da ömürlük həbs cəzası alan Meksikanın “Sinaloa” kartelinin rəhbəri, “El Çapo” ləqəbli Xoakin Quzman məhkəməyə müraciət edib.
Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, Kolorado ştatındakı həbsxanada saxlanılan Quzman Nyu-York Şərq Dairəsi Federal Məhkəməsinə ərizə təqdim edib.
Qeyri-insani və pis rəftara məruz qaldığını iddia edən Quzman barəsində aparılan məhkəmə prosesində ciddi pozuntuların olduğunu irəli sürüb. O, məhkum edilməsinə səbəb olan bəzi mühüm sübutların təsdiqlənmədiyini deyib.
Öz ölkəsinə ekstradisiya olunmasını tələb edən Quzman ona qarşı irəli sürülən ittihamlarla Meksikada mühakimə olunmaq istədiyini bildirib.
Dairə Məhkəməsinin hakimi Brayan Koqan isə Quzmanın tələbinin heç bir hüquqi əsasının olmadığını qeyd edərək müraciəti dərhal rədd edib.
Müəllif: Roza
-
İKT18:48"WhatsApp" bu funksiyadan imtina edir
-
Köşə17:10“Bu zirvə Everestdən daha böyükdür” - Cəbrayılda dərs deyən müəllim
-
Sosial16:23Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
-
İqtisadi gündəm15:53Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
-
Magazin114:40Qalmaqal Faiq Ağayevin toyunda başladı - Nazpəri Dostəliyeva
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır





























.png)

.jpg)





