İdman
Komanda yoldaşları Neymarı belə qəzəbləndirdilər - VİDEO
“Santos”un futbolçusu Neymar yenidən diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, komanda yoldaşları “Flamenqo” ilə matçda onu qəzəbləndiriblər.
Braziliyalı ulduz futbolçu qapıçının bitmək bilməyən, mənasız uzun ötürmələrindən o qədər bezib ki, vəziyyəti öz nəzarətinə almağa çalışıb. Neymar birbaşa öz cərimə meydançasına yollanıb, qapıçı mövqeyinə keçib və müdafiəçi Ze İvaldo ilə qısa pasla oyunu başlayıb.
Neymarın ötürməsindən cəmi bir saniyə sonra İvaldo sanki heç nə baş verməmiş kimi topu yenidən uzun ötürmə ilə irəli göndərib. Bu məqam Neymarın qəzəbinə səbəb olub.
Neymar 85-ci dəqiqədə əvəzləndikdən sonra “Santos” dirçəlib. 0:3 hesabı ilə geridə olan komanda fərqi minimuma endirib. Bu dönüşün əsas qəhrəmanı isə Robinyonun oğlu olub. O, dubla imza atıb.
Neymar isə bunu görməyib. O, əsəbi və məyus halda əvəzləndikdən dərhal sonra soyunub-geyinmə otağına yollandı.
Qeyd edək ki, 33 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə “Santos”un heyətində 24 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.
Heybət
-
Sosial09:12“Dərdini danışmaq 12, ailə problemləri 25 manat...” – Bakıda qeyri-adi xidmət - VİDEO
-
Magazin108:24“Toppuş bacı”nın əri: Elə bir yerə çatmışam ki, heç nə kömək etmir - Foto
-
Kriminal08:1017 yaşlı oğlan atasını ov tüfəngi ilə öldürdü
-
Ekopublika.az07:35Bakıda mənzillərin ən çox bahalaşdığı rayonlar - Siyahı
-
Ekologiya06:16Tehranda "qara yağış": Qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - Video
-
Magazin205:45Keyt Moss Merilin Monro obrazında - Foto
-
Qoroskop01:40Günün ulduz falı: keçmişdən gələn mövzu yenidən qapını döyə bilər
-
ABŞ00:15İranı bir saat ərzində məhv edə bilərdik - Tramp







































