İdman
Ulduz futbolçu gülünc vəziyyətə düşdü: Rəqibə lağ etdi və... - VİDEO
DÇ-2026-nın seçmə mərhələsinin ən dramatik oyunlarından biri kimi dəyərləndirilən qarşılaşmada Macarıstan yığması bir neçə dəqiqə ərzində eyforiyadan futbol kabusuna yuvarlandı.
Publika.az xəbər verir ki, İrlandiyaya qarşı matçda macarlar artıq 37-ci dəqiqəyədək hesabda önə keçmiş və Kriştiano Ronaldo üslubunda provokativ şəkildə qolu qeyd etmişdilər. Amma oyun Macarıstan üçün göz yaşları və mundial şanslarının puça çıxması ilə bitdi.
Fasilədən əvvəl Varqa Macarıstanın ikinci qolunu vurdu. Kapitan Dominik Soboslay isə özünü saxlaya bilməyərək rəqib azarkeşlərə doğru getdi və Kriştiano Ronaldoya xas olan “ağlama” jesti ilə qolu qeyd etdi.
90+6-cı dəqiqədə Troya Perrott tarixi kam-bekə imza atdı və komandasını pley-offa daşıdı. Bir neçə dəqiqə əvvəl emosiyaların zirvəsində olan "Liverpul"un ulduzu Soboslay final fitindən sonra göz yaşlarını saxlaya bilmədi və meydanı başıaşağı tərk etdi.
Qeyd edək ki, Soboslayın meydandakı provokativ davranışı ilk dəfə deyil. Bir müddət əvvəl o, Millətlər Liqasında Türkiyəyə böyükhesablı məğlubiyyətdən sonra “Real”ın ulduzu Arda Gülərlə mübahisə ilə gündəmə gəlmişdi.
Heybət
Life comes at you fast and Dominik Szoboszlai found out the hard way
— Stan Sport Football (@StanSportFC) November 17, 2025
38’ - Hungary take the lead
90+6’ - Republic of Ireland snatch victory
↳ European Qualifiers™. Every Match. Live & Exclusive on Football's New Home, Stan Sport.#StanSportAU #WCQ pic.twitter.com/nWqFBFd7nr
-
Sosial14:10Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...
-
Yaxın Şərq14:00Türkiyə aviaşirkəti yüzə yaxın dənizçinin cəsədini İrana gətirdi
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video
-
Maraq dünyası12:10Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto
-
Sosial10:40Bakının cazibəsi kəndləri boşaldır - Çıxış yolu var?


































