İdman
Baş məşqçidən şok iddia: Rəqibin dini ritualına görə DÇ-2026-ya gedə bilməyiblər?
Məlum olduğu kimi, Nigeriya milli komandası 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib,
Publika.az xəbər verir ki, Afrika seçmə mərhələsinin üçüncü turunda Konqo Demokratik Respublikasına uduzub. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb, penalti seriyasında isə nigeriyalılar 3:4 hesabı ilə məğlub olaraq dünya çempionatına qayıtmaq imkanını itiriblər.
Matçdan sonra Nigeriya baş məşqçisi Erik Şell penalti seriyası zamanı qeyri-adi bir müşahidəsini bölüşüb:
“Bütün penalti seriyası ərzində Konqo Demokratik Respublikası heyətindən bir şəxs vudu ritualı həyata keçirirdi. Bunu bütün vaxt boyu edirdi və məhz buna görə bir qədər gərgin idim. O, əlini silkələyir, sanki su səpir — bilmirəm, su idi yoxsa başqa bir şey”.
Şell əlavə edib ki, komandası penaltiləri oyundan əvvəl diqqətlə məşq etmiş və icraçıları seçmişdi, amma nəticə fərqli ola bilərdi:
“Əgər oyundan bir saat sonra yenidən penalti zərbələri vursaydıq, nəticə fərqli ola bilərdi. Məğlub olduq və indi digər turnirləri düşünməliyik”.
Qeyd edək ki, vudu Qərbi Afrikada, Karib hövzəsi ölkələrində və ABŞ-da afroamerikan icmalar arasında yayılan sinkretik dini təcrübələrin ümumi adıdır.
-
Nida Xəbər 10:12Mehdiyevin qızı da vəzifədən azad edildi
-
İdman09:48Milyarderin gizli kolleksiyası üzə çıxdı: 1,5 milyardlıq bolidlər, superkartlar və... - FOTOLAR
-
Sosial09:12Əbülfəs Qarayevin qızı məhkəməyə VERİLİR
-
Nəqliyyat08:37Yağışlı Bakı yollarında son vəziyyət - FOTOLAR
-
Magazin107:15Könül Kərimova daha da arıqladı: indi belə görünür - FOTO
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO































.jpg)




