Premyer Liqada mövsümün rekordu
Bizi izləyin

İdman

Premyer Liqada mövsümün rekordu

Azərbaycan Premyer Liqasının XII turunda mövsümün azarkeş rekordu qeydə alınıb.

Publika.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən “Sumqayıt” – “Qarabağ” oyununu (2:4) 9100 tamaşaçı izləyib. Bu, mövsümün rekord göstəricisidir.

Yevlaxda baş tutan “Karvan-Yevlax” – “Kəpəz” görüşündə isə tribunarda 4000 tamaşaçı olub.

Beləliklə, turun 2 görüşündə stadionda 13 min 100 azarkeş olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm