Magazin1
Müğənni Günel: "Evli olduğunu bilirdim, dəfələrlə qaçıb gizləndim"
"Evli olduğunu bilirdim. Dəfələrlə ayrılmışam, qaçmağa cəhd göstərmişəm. Maşına oturub rayonlara qaçmışam. Gəlib məni tapıb. Mən heç kimin ailəsini dağıtmamışam. Bəzən qadını günahlandırırlar ki, "ailə dağıdırsan". Kişini isə günahlandıran yoxdur".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "Astar" layihəsində deyib. Şəxsi həyatından danışan sənətçi qızının atasının evli biri olduğunu etiraf edib. O bildirib ki, dəfələrlə ayrılmaq istəyib:
"Camaatın gedib ailəsinin içinə girmişəm ki, get, bura mənim yerimdir? Kişini də günahlandırmaq lazımdır. Kişi öz evindəkinə hörmət etmir, düşünmürsə, mən niyə düşünməliyəm? Hər şey məndən əvvəl olub. İndi kişi hamı ilə normal münasibət saxlaya bilir. Orada qalmır, amma gedib-gəlir. Böyük uşaqları var və o artıq babadır. O, tez ailə həyatı qurmuşdu, qohum evliliyi idi və sevgi yox idi. Valideynlər qohum evliliyinə məcbur edəndə sonu belə olur.
İndi mənimlə də dostdur. Qızımla atasının sevgisi dəhşətdir... Ata sevgisi nədir bilməmişəm. Bu mənə uzaq bir şeydir. Amma həsrətində olmuşam. 13 ilə sevgi qalar? 3 ilə bütün sevgi bitir. Ehtiras, öyrəşmə qala bilər".
Qeyd edək ki, Günelin Məryəm adlı bir qız övladı var.
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz
-
Region12:38Türk və erməni iş adamları bu şəhərdə görüşdülər - Böyük planlar qurular
-
MDB12:14Ramzan Kadırov ilk dəfə bu siyahıya daxil edilmədi - Çeçenistanda nə baş verir?
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil




















.jpg)

















