UEFA “Qarabağ”ın rəqibini cərimələdi
Bizi izləyin

İdman

UEFA “Qarabağ”ın rəqibini cərimələdi

UEFA “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan Almaniyanın “Ayntraxt” klubunu cərimələyib.

Publika.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Frankfurt təmsilçisinin “Liverpul”la ev oyununda yaşananlar buna şərait yaradıb.

Bundesliqa klubu ümumilikdə 39250 avro cərimələnib. Bunun 11 mini ictimai keçidlərin bağlanmasına, 10750-si pirotexniki vasitələrdən istifadə, 17500 avrosu isə idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görədir.

Frankfurt klubu “Liverpul”a 1:5 hesabı ilə uduzub. Almaniya təmsilçisi “Qarabağ”la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm