İdman
“Qarabağ” “Napoli” səddini keçə bilmədi - YENİLƏNDİ
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda səfərdə "Napoli" (İtaliya) ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda reallaşan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 66-cı dəqiqədə açılıb. Skott Maktominey adını tabloya yazdırıb. 72-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.
Bununla da "köhlən atlar" cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ikinci məğlubiyyətini alıblar.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv VI turda, dekabrın 10-da Bakıda Niderlandın "Ayaks" kollektivini qəbul edəcək.
xxx
01:33
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda ev sahibləri hesabı arasındakı fərqi artırıblar - 2:0.
72-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.
xxx
01:23
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ilk qol vurulub.
Publika.az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.
66-cı dəqiqədə Skott Maktominey adını tabloya yazdırıb.
xxx
00:45
"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunnun oyununda ilk hissə başa çatıb.
Publika.az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionundakı matçın ilk yarısında hesab açılmayıb.
Qarşılaşmanı Polşadan olan FIFA referisi Şimon Marçinyak idarə edir.
xxx
00:00
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində Neapolun "Dieqo Armando Maradona" stadionunda "Napoli" - "Qarabağ" qarşılaşması start götürüb.
Publika.az xəbər verir ki, matçı polşalı hakim Şimon Martsinyak idarə edir.
-
Dünya22:1822.5 milyon dolları həyat yoldaşının adına keçirib - Poroşenkonun bu addımı gündəm oldu
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür












.jpg)























