İdman
Fransa futbolu bu qalmaqalla silkələndi: Futbolçular döyüldü
Fransa futbolunda görünməmiş qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, "Nitsa" futbolçuları ardıcıl altıncı məğlubiyyətdən sonra öz azarkeşlərinin kütləvi hücumuna məruz qalıb.
Komanda növbəti uğursuzluqdan sonra gəldiyi məşq bazasının yaxınlığında hücuma məruz qalıb. Təxminən 400 hiddətli çılğın fanat komandanın avtobusunun yanında onları gözləyib. Əvvəlcə azarkeşlər baş məşqçi Frank Esin istefasını tələb ediblər, lakin qarşıdurma çox tez nəzarətdən çıxıb.
Azarkeş qrupunun lideri avtobusa daxil olaraq futbolçuların kütlənin qarşısına çıxmasını tələb edib. Orada isə artıq hücumlar başlayıb. Ən çox zərər görənlər hücumçular Terem Moffi və Jeremi Boqa olub. Futbolçulara tüpürüldükdən sonra onlar amansızcasına təpik zərbələri ilə döyülüb.
Hadisədən sonra azarkeşlərin bir qismi Moffi və Boqanın artıq klub üçün oynamamalı olduqlarını bildirib. "Nitsa" rəhbərliyi hələlik rəsmi qərar verməkdən çəkinir, lakin baş verənlər son illərdə Fransa futbolunun ən utancverici olaylarından biri kimi qiymətləndirilir.
Daha sonra məlum olub ki, Boqa və Moffi azarkeşlərlə qarşıdurma zamanı aldıqları ağır xəsarətlərə görə komandanın yaxın vaxtlardakı oyunlarında iştirak edə bilməyəcəklər. Bundan əlavə, futbolçular artıq polisə müraciət ediblər və hadisə ilə bağlı araşdırma başlayıb.
Xatırladaq ki, hazırda "Nitsa" mövsümdə böhran yaşayır. Komanda ardıcıl altı oyunda uduzub, Liqa 1-də 10-cu pilləyə enib və Avropa Liqasında sonuncu yerdə qərarlaşıb.
Heybət
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)


.jpg)






















