İdman
"Liverpul" rəhbərliyi Salahla bağlı bu qərarı verdi
Məhəmməd Salah "Liverpul"un Çempionlar Liqası çərçivəsində "İnter"ə qarşı matçında iştirak etməyəcək.
Publika.az xəbər verir ki, bu qərar klub rəhbərliyi və baş məşqçi Arne Slotun birgə razılığı ilə verilib. Salah tamamilə heyətdən kənarlaşdırılıb.
Bu dramatik qərar, Salahın verdiyi qalmaqallı müsahibədən cəmi 48 saat sonra gəlib. Həmin müsahibədə o, "Liverpul"u onu “avtobusun altına atmaq”da ittiham edib, Slotla münasibətinin tamamilə pozulduğunu bildirib və "kimsə məni klubda görmək istəmir", - deyə qeyd edib.
Mənbə bildirir ki, Salahın heyətdən kənarlaşdırılması açıq-aşkar intizam tədbiridir və baş məşqçinin nüfuzunu bərpa etmək, həmçinin paltardəyişmə otağındakı birliyi qorumaq məqsədi daşıyır. Klub daxilində bir çoxları Salahın ictimai tənqidini hesablanmış və zərərli addım kimi qiymətləndirib.
Misirli futbolçu Afrika Millətlər Kuboku üçün yığma komandaya qoşulmalı idi, bu da onun yaxın günlərdəki oyunlarda iştirakını şübhə altına alır.
Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının 5 oyunu üzrə doqquz xalla 13-cü yerdə qərarlaşıb.
33 yaşlı futbolçu son 3 oyunda ehtiyatda qalıb və indi avrokubokda kritik matçı buraxacaq.
Heybət
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü














.jpg)






















