İdman
Təxirə salınan "Qəbələ" - "Turan Tovuz" oyunu ilə bağlı daha bir QƏRAR - FOTO/YENİLƏNDİ
Misli Premyer Liqasının XIV turunda əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırılan "Qəbələ" - "Turan Tovuz" oyununun davamı sabah keçirilməyəcək.
Peşəkar Futbol Liqasından (PFL) Publika.az-a verilən məlumata görə, turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib.
Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib. Matçın keçirilmə tarixi ilə bağlı PFL-in İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.
Qeyd edək ki, sözügedən qarşılaşma hesab 0:0 olarkən qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb.
***
Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu təxirə salınıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb Qəbələ şəhərində hökm sürən dumanlı hava şəraitidir.
Görüşün baş hakimi Tural Qurbanov 23-cü dəqiqədə komandaları soyunub-geyinmə otağına göndərib. Hakim briqadası matçın bərpası üçün bir qədər gözləməli olsa da, duman çəkilməyib və qarşılaşma sabaha təxirə salınıb.
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü














.jpg)






















