İdman
Oğlu şou göstərdi, Messi ona məhəl qoymadı - VİDEO
"İnter Mayami" tarixə düşüb, çünki klub ilk dəfə MLS-in çempionu olub və finalda "Vankuver"i 3:1 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, final fitindən sonra futbolçuların ailələri və azarkeşlər meydana daxil olaraq Lionel Messinin komandasının qələbəsini qeyd ediblər. Lakin sosial şəbəkələrin əsas ulduzu gözlənilmədən argentinalı "maestro" yox, onun oğlu Mateo olub.
Komanda təbrikləri qəbul etdiyi vaxt, gənc Mateo top ilə əylənir və birdən-birə məşhur "Around the world" – "dünyanın ətrafı" fəndini ustalıqla yerinə yetirir. Videoda görünür ki, o, özü də buna təəccüblənir və sevinclə atasına tərəf qaçır. Amma Messi digər uşaqlarla söhbətə daldığı üçün oğlunun uğurunu görmür. Mateo ruhdan düşmür və bu dəfə fəndi Luis Suaresə göstərmək istəyir, lakin o da bayram qarışıqlığında buna xüsusi diqqət yetirmir.
Xoşbəxtlikdən, yaxınlıqda olan diqqətli bir azarkeş bu anı kameraya çəkir və sosial şəbəkələrdə paylaşır.
Xatırladaq ki, bu mövsüm Messinin MLS-də 34 oyunda 35 qolu və 28 ötürməsi var. 38 yaşlı argentinalının klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Heybət
Bu gönderiyi Instagram'da gör
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü


















.jpg)


























