İdman
"Sumqayıt" "İmişli"ni məğlub etdi
Misli Premyer Liqasında XIV turunda daha bir oyun keçirilib.
Publika.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "İmişli"ni qəbul edən "Sumqayıt" minimal hesablı (1:0) qələbə qazanıb.
82-ci dəqiqədə Rüstəm Əhmədzadə yerli azarkeşləri sevindirib.
"Sumqayıt" 26 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 15 xala malik "İmişli" isə doqquzuncu yerdədir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0), "Araz-Naxçıvan" "Kəpəz"i (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
















.jpg)





















