İdman
Xilaskar danışdı: İki gün əvvəl yataqda ölü kimi idim
“Milan”ın yarımmüdafiəçisi Kristian Pulişiç İtaliya çempionatının 14-cü turunda səfərdə “Torino” üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.
Publika.az xəbər verir ki, o, 2 gün əvvəl səhhətində problem yaşadığını bildirib:
“İki gün əvvəl yataqda yüksək temperaturdan əziyyət çəkirdim, sanki ölü kimi idim, amma bu gün özümü daha yaxşı hiss edirəm və bura gəlib komandaya kömək edə bildiyim üçün çox xoşbəxtəm. Dünən oynaya biləcəyimi bilmirdim, amma bu gün səhər özümü xeyli yaxşı hiss etdim.
Düzünü desəm, qollarımdan çox qələbəyə sevinirəm. Mən həqiqətən də oyun ritmini toplamalıyam. Hər şeyi bir-bir oyunla qəbul etməliyik, sonra mövsümün sonunda harada olacağımıza baxacağıq”.
“Milan” “Torino” ilə oyunun əvvəlində hesabda 2 top fərqi ilə geridə olub. Lakin komanda sonda 3 xal qazanmağı bacarıb. 27 yaşlı amerikalı futbolçu iki qol vurub və onlardan biri qələbə topu olub.
2025/26 mövsümündə o, 12 matçda 9 qol və 2 məhsuldar ötürmə ilə çıxış edir.
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü














.jpg)






















