İdman
"Qarabağ" üçün tarixi fürsət
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Publika.az xəbər verir ki, təmsilçimiz turnirin 6-cı turu çərçivəsində Bakıda “Ayaks”la qarşılaşacaq.
Azərbaycan və Niderland nəhənglərinin görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 21:45-də başlaycaq oyunu sloveniyadan olan FIFA referisi Rade Obrenoviç idarə edəcək.
Daha öncə keçirdiyi 5 oyunda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət görmüş Azərbaycan təmsilçisinin 7 xalı var. “Ayaks” isə 5 oyunun hamısında məğlubiyyətə üzülüb. Niderland nəhəngi xal qazanmamış yeganə komanda olaraq sonuncu sırada qərarlaşıb.
“Qarabağ” üçün ÇL-in autsayderi ilə görüş tarixi fürsət yarada bilər. Ölkə çempionu qələbə qazanacağı təqdirdə pley-off mərhələsinə vəsiqənin taleyini böyük ölçüdə həll edə bilər. Hətta heç-heçə belə Qurban Qurbanovun komandası üçün qızıl qədər qiymətlidir.
Bu görüşdə Ağdam klubu zədəli olan yarımmüdafiəçi Kadi Borges və qapıçı Şahruddin Məhəmmədəliyevin xidmətindən məhrumdur. “Ayaks”da isə vəziyyət daha pisdir. Niderland klubu Bakıya 6 itki ilə gəlib. Bunlar müdafiəçilər Yosip Şutalo, Xerald Alders, yarımmüdafiəçilər Kennet Teylor, Ceyms Makkonnel,Stiven Berquis və hücumçu Vout Veqhorstdur.
UEFA Çempionlar Liqası, 6-cı tur
10 dekabr
21:45 Qarabağ – Ayaks
Baş hakim: Rade Obrenoviç (Sloveniya).
Tofiq Bəhramov adına Respublika stadionu.
Heybət

-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü

















.jpg)




















