İdman
"Qarabağ" dünya reytinqində gerilədi
Azərbaycan çempionu "Qarabağ" klubların dünya reytinqində 3 pillə geriləyib.
Publika.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıya əsasən 187,5 xalı olan Ağdam klubu 65-ci yerdən 68-ci sıraya enib.
Siyahıda yer alan digər 3 təmsilçimizdən 2-i irəliləyişə nail olub. "Sabah" (87,25 xal) 276-cı pillədən 252-yə, "Zirə" (70,5 xal) 387-dən 360-a qalxıb. "Araz-Naxçıvan" isə 94 "addım" geriyə düşüb. "Qırmızı-ağlar" 390-cı pillədən (57,75 xal) 486-cı yerə enib.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıya 585 xalla Fransa təmsilçisi PSJ başçılıq edir.
Heybət
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video
-
Maraq dünyası12:10Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto
-
Sosial10:40Bakının cazibəsi kəndləri boşaldır - Çıxış yolu var?
-
Yaxın Şərq10:00SEPAH-a ağır zərbə - Ən böyük qərargahları dağıdıldı
-
İdman09:50Gürcüstan millisində görünməmiş fırıldaq


































