Region
Türkiyədə idarəetmə sistemi dəyişir? - Sensasion detallar açıqlandı
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya, AKP) 2026-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğana yeni konstitusiya təklifləri təqdim etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “Ekonomim” qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, hakimiyyət prezident idarəetmə formasında bir sıra dəyişikliklər edə bilər.
Daha əvvəl "Cumhuriyet" qəzeti hakim partiya daxilindəki mənbələrə istinadən AKP-nin yeni konstitusiya uğurla qəbul ediləcəyi təqdirdə erkən prezident seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirdiyini bildirmişdi.
Nəşrdə deyilir ki, "Hakim dairələr müxalifət tərəfindən tənqid edilən müddəalar üçün variantları müzakirə edirlər. Xüsusilə, bu, parlament üzvləri arasından prezidenti və kabinet üzvlərini seçəcək müddəaya aiddir. Bu cür addımlar 2026-cı ildə yeni konstitusiyanın qəbul edilməsi üçün ilkin şərt hesab olunur".
Qeyd olunur ki, AKP məsləhətləşmələrdən sonra təklif və şərhləri özündə əks etdirən hesabat hazırlayıb prezident Ərdoğana təqdim etməyi planlaşdırır.
Xatırladaq ki, Ərdoğan dəfələrlə bildirib ki, Türkiyənin gələcək inkişafını təmin etmək üçün yeni bir konstitusiyaya ehtiyacı var. Türkiyə lideri bütün siyasi qüvvələri yeni konstitusiyanın hazırlanmasında fəal iştirak etməyə çağırıb.
Tural
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar















.jpg)


















