İdman
Alonso Vinisiusun fitə basılmasından danışdı
“Real”ın baş məşqçisi Xabi Alonso La Liqanın 17-ci turunda “Sevilya” ilə oyunda (2:0) Vinisius Juniorun azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib.
Publika.az xəbər verir ki, ispanuyalı mütəxəssis azarkeşlərin suveren və öz fikirlərini ifadə etmək hüququna malik olduqlarını bildirib:
“Əlbəttə ki, azarkeşlər suverendir və öz fikirlərini bildirmək hüququna malikdirlər. Bugünkü matç çətin keçdi, çünki biz ona necə yanaşdıq. Biz inkişaf edə bilərik və bunu başa düşürük, amma komandanın hazırkı formasını qiymətləndirirəm. İndi bu fasilədən istifadə edərək istirahət edəcəyik və gələn ilə inamla başlayacağıq”.
Braziliyalı hücumçu 83-cü dəqiqədə əvəzlənərək ehtiyat oyunçular skamyasına doğru gedərkən azarkeşlər tərəfindən fitə basılıb. Vinisius fanatların bu reaksiyasına heç bir cavab verməyib.
Qeyd edək ki, “Real” 18 oyundan sonra 42 xal toplayaraq İspaniya çempionatının 2025/26 mövsümündə turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
-
Nida Xəbər 00:55Bu gün Amnistiya aktının icrasına başlanacaq
-
Hadisə21 Dekabr 23:35Bakıda məşhur hospitalda YANĞIN baş verdi
-
Hadisə21 Dekabr 21:25Müharibədə daha bir azərbaycanlı itkin düşdü
-
Qoroskop21 Dekabr 20:282026-cı ilin ən şanslı BÜRCÜ - Onlar üçün nağıl kimi həyat başlayır
-
Ekologiya21 Dekabr 19:12Azərbaycana qış fəsli daxil oldu
-
İdman21 Dekabr 17:47Ronaldo və Messi karyeralarını niyə başa vurmurlar?
-
ABŞ21 Dekabr 17:28Məşhur şirkət xərçəng xəstəsinə 70 milyon dollara yaxın təzminat ödəyəcək
-
Digər21 Dekabr 16:58Bahalı smartfonların oğurluğu ilə məşğul olan mafiya zərərsizləşdirildi














.jpg)

.jpg)









