Türkiyə futbolunda növbəti həbs dalğası: “Qalatasaray”ın sabiq rəsmisi də saxlanıldı
Bizi izləyin

İdman

Türkiyə futbolunda növbəti həbs dalğası: “Qalatasaray”ın sabiq rəsmisi də saxlanıldı

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “Futbolda mərc istintaqı” çərçivəsində 14-ü futbolçu olmaqla 29 şübhəli barəsində saxlanılma qərarı verilib.

Publika.az xəbər verir ki, “Qalatasaray”ın keçmiş vitse-prezidenti Erden Timur da daxil olmaqla 24 şübhəli saxlanılıb. Bir şübhəlinin başqa cinayətə görə həbsxanada olduğu müəyyən edilib, 4 şübhəlinin tutulması istiqamətində tədbirlər isə davam edir.

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun yaydığı açıqlamada deyilir:

“Tərəfimizdən aparılan və ictimaiyyətdə ‘Futbolda mərc istintaqı’ kimi tanınan araşdırma çərçivəsində MASAK-dan və qanuni mərc saytlarından əldə olunan məlumatlar, açıq mənbə araşdırmaları, PFDK qərarları, HTS analizləri və əvvəlki iki əməliyyat zamanı digər şübhəlilərdən götürülmüş rəqəmsal materialların araşdırılması nəticəsində əldə edilən sübutlara əsasən:

Əvvəlki iki paralel saxlanılma, gözaltı, axtarış və müsadirə əməliyyatlarında barəsində tədbir görülmüş və hazırda həbsdə olan bir şübhəli ilə əlaqəli, istintaq mövzusu olan cinayət iddiaları ilə bağlı şübhəli maliyyə əməliyyatları olduğu dəyərləndirilən 7 şübhəli; nəticəyə təsir etdiyi müəyyən edilən 26.10.2024 tarixli “Kasımpaşa” – “Samsunspor” futbol matçına mərc oynayan 6 şübhəli; bank hesablarının araşdırılması nəticəsində şübhəli maliyyə əməliyyatları və bununla əlaqəli mərc hesabı olduğu müəyyən edilən TFF-də çalışan 1 şübhəli;

Keçmişdə “Qalatasaray” klubunda yüksək vəzifəsində çalışmış Erden Timur və bank hesablarının araşdırılması nəticəsində 6222 saylı Qanunun 11-ci maddəsi, 5549 və 7258 saylı qanunların pozulduğu ehtimal edilən, bir-biri ilə əlaqəli şübhəli maliyyə əməliyyatları olduğu müəyyən edilən 1 şübhəli; matçın nəticəsinə təsir edəcək şəkildə (öz komandasının oyununda rəqibin qalib gəlməsinə mərc qoymaq) mərc oynayan 14 futbolçu şübhəli olmaqla, ümumilikdə 29 şübhəli barəsində İstanbul mərkəzli olmaqla 11 fərqli vilayətdə bu gün eyni vaxtda saxlanılma, gözaltı, axtarış və müsadirə əməliyyatları həyata keçirilmişdir”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm