İdman
Ronaldoya “qırmızı” göstərən hakimdən etiraf: "İki il təyinat almadım"
İspaniyalı keçmiş hakim Xavyer Estrada Fernandes Kriştiano Ronaldonu meydandan qovduqdan sonra hiss etdiyi təzyiq barədə danışıb.
Publika.az xəbər verir ki, o, bu barədə özünün “YouTube” kanalında danışıb.
“2009-cu ildə Kriştiano Ronaldonu meydandan qovandan sonra, təxminən iki il “Real Madrid” oyunlarını idarə etmədim. Həmin oyundan evə sonra hakimlər komitəsinin sədri Sançes Arminio evə girdikdən 10 dəqiqə sonra mənə zəng etdi. O, baş verənlərdən xoşu gəlmədiyini, hadisənin idman qəzetlərinin birinci səhifəsində yer alacağını və nəticələrinin olacağına işarə etdi ” , – keçmiş hakim bildirib.
“Futbolun heç kimin bilmədiyi və ya insanların bilmək istəmədiyi qaranlıq bir tərəfi var və bundan başqa məqsədlər üçün istifadə edənlər də var”, – hakim əlavə edib.
Söhbət 2009-cu ildə “Real Madrid”in “Almeriya” ilə oyunundan gedir və həmin oyun “Los Blancos”un 4-2 hesablı qələbəsi ilə başa çatmışdı. Portuqaliyalı hücumçu oyunun sonlarında, 89-cu dəqiqədə rəqibinin ayağına zərbə endirdiyinə görə qırmızı vərəqə almışdı.
“Mən insanam və səhv etdim. Mənim də qüsurlarım var, amma mən qol buraxmağı və ya uduzmağı sevməyən peşəkaram. Penaltini qaçırdığım üçün kədərləndim, ona görə də bundan sonra vurduğum qolu qeyd etmədim. Mən perfeksionistəm, amma Kərim Benzemanın qol vurduğuna şadam. İnstinktiv reaksiya verdiyim üçün meydandan qovuldum. Bunun üçün üzr istəyirəm”, – deyə “The Guardian” qəzeti həmin oyundan sonra Ronaldonun sözlərini sitat gətirmişdi.
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?







.jpg)



























