İdman
Mourinyodan çağırış: Onu “Barsa”ya verməyin!
“Benfika”nın baş məşqçisi Joze Mourinyo klub rəhbərliyindən mərkəz müdafiəçisi Nikolas Otamendini “Barselona”ya buraxmamağı xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” yanvar transfer pəncərəsi zamanı mərkəzi müdafiəsini gücləndirmək üçün namizəd kimi Otamendini nəzərdən keçirir. 37 yaşlı argentinalı veteranın müqaviləsi cari mövsümün sonuna qədərdir və bu da onun transfer ehtimalını artırır.
Lakin Mourinyo “Benfika” rəhbərliyindən nəinki yanvar ayında Otamendinin “Barselona”ya getməsinə icazə verməməsini, həm də müqaviləsini daha bir il uzatmasını istəyib.
Bu mövsüm Otamendi “Benfika”nın heyətində bütün turnirlərdə 28 oyunda iki qol vurub və iki məhsuldar ötürmə edib. Argentinalı futbolçu 2020-ci ilin sentyabr ayından bəri Lissabon klubunda oynayır.
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?







.jpg)



























