İdman
Ronaldo: Məqsədimin nə olduğunu bilirsiniz, inşallah...
"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo "Globe Soccer Awards" mükafatlandırma mərasimində “Yaxın Şərqin ən yaxşı oyunçusu” nominasiyasında qalib gəlməsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, əsas hədəfinin 1000 qola çatmaq olduğunu bildirib:
“Davam etmək çətindir, amma bu işə olan həvəsim hələ də çox güclüdür. Mən hələ də yüksək dərəcədə motivasiyalıyam, məhz buna görə oynayıram.
Mən hər zaman futbol oynamaq, titullar qazanmaq, qollar vurmaq istəmişəm. Eyni ruhda davam etmək niyyətindəyəm.
Məqsədimin nə olduğunu bilirsiniz. Daha çox titul qazanmaq və hamınıza məlum olan o rəqəmə çatmaq istəyirəm. İnşallah, ciddi zədələr almazsam, mütləq həmin göstəriciyə çatacağam”.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2024-cü ildə karyerası ərzində 1000 qol həddinə çatmaq istədiyini açıqlamışdı. Hazırda onun aktivində 956 qol var.
Heybət
View this post on Instagram
Sosial22:00Tramp onu "qurumuş gavalı" adlandırdı - FOTO
Sosial21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi









.jpg)


































