İdman
Yamal Ronaldonu həm güldürdü, həm də təriflədi
Dubayda keçirilən "Globe Soccer Awards" mərasimində Lamin Yamal bir neçə mükafata layiq görülüb.
Publika.az xəbər verir ki, ispaniyalı futbolçu ilin ən yaxşı hücumçusu seçilib, həmçinin üstün futbol istedadına görə verilən Dieqo Maradona adına mükafatı qazanıb. Mərasim çərçivəsində ona 2024/25 mövsümünün yekunlarına əsasən La Liqanın ən yaxşı gənc futbolçusu mükafatı da təqdim olunub.
18 yaşlı vinger növbəti dəfə səhnəyə qalxanda aparıcıların ona veriləcək sualları tükənib. Bu zaman Yamaldan azarkeşlərin onun haqqında bilməli olduğu bir məqamı deməsi xahiş olunub.
Lamin buna zarafatla cavab verib: “İnsanlar bir şeyi bilsinlər: mənim evimdə boss anamdır!”
Yamalın bu sözləri zalda əyləşən əfsanəvi hücumçu Kriştiano Ronaldonun təbəssümünə səbəb olub. Lamin mərasimdə Yaxın Şərqin ən yaxşı futbolçusu seçilən Ronaldoya kompliment də edib:
“Özümü hansı oyunçu ilə müqayisə edirəm? Düşünürəm ki, özünü heç kimlə müqayisə etməmək daha yaxşıdır. Kriştiano Ronaldo kimi futbolçular zirvələrə ona görə çatıblar ki, özləri olmağa və öz yollarını açmağa çalışıblar. Mən də eyni şeyi istəyirəm”.
Heybət

-
Sosial09:45Hazırda bu yollar bağlanıb - Sürücülərə XƏBƏRDARLIQ
-
Rəsmi xronika08:43İlham Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair VİDEOÇARX paylaşdı
-
Nəqliyyat07:35Taksi kartı ilə bağlı sürücüləri çaşbaş salan vəziyyət: "Xəbərimiz yoxdur" - VİDEO
-
Magazin207:15Məşhur aparıcı yıxılıb xəstəxanalıq oldu: ombası sınıb
-
Sağlamlıq05:45Uzunömürlülük üçün hansı yaşda nə etmək lazımdır?
-
Dünya04:30Netanyahu İranı yenə hədələdi: Görünməmiş güclə...
-
Ekologiya02:44Son 25 ilin ən güclü maqnit qasırğası qeydə alındı
-
Qoroskop01:40Həyatınızdakı "bağlı qapı"lar açılmağa hazırlaşır


















.jpg)




















