İdman
Bu klublar daha çox qazanacaq: Turnirin mükafat fondu rekord həddə artırıldı
2026-cı ildə Səudiyyə Ərəbistanında keçiriləcək İspaniya Superkuboku tarixində ən yüksək mükafat fonduna malik olacaq.
Publika.az xəbər verir ki, turnirdə iştirak edəcək 4 klub arasında ümumilikdə 23 milyon avro bölüşdürüləcək ki, bu da ötən illə müqayisədə 3 milyon avro çoxdur.
“Barselona”, “Real”, “Atletiko” və “Atletik” bu məbləği paylaşacaq və hər bir klub əvvəlki illərlə müqayisədə daha yüksək gəlir əldə edəcək. 2026-cı il buraxılışı üçün İspaniya Futbol Federasiyası (RFEF) ödənişləri artıraraq ümumi bölgünü 23 milyon avroya çatdıracaq. Ümumilikdə turnirin RFEF-ə 51,9 milyon avro gəlir gətirəcəyi gözlənilir. Bu məbləğin 27 milyon avrosu sponsorluqdan, 11,5 milyon avrosu təşkilati və iştirak haqlarından, 12,69 milyon avrosu isə televiziya hüquqlarından əldə olunacaq. Ümumi gəlirin təxminən 28 milyon avrosu qeyri-peşəkar futbolun inkişafına yönəldiləcək.
2025-ci ildə Superkubokun ümumi mükafat fondu təxminən 20 milyon avro təşkil etmişdi. Turnirin qalibi olan “Barselona” sabit ödəniş kimi 6 milyon avro, finala yüksəlməyə görə 1 milyon avro və kuboku qazanmağa görə 2 milyon avro olmaqla ümumilikdə 9 milyon avroya yaxın gəlir əldə etmişdi. Finalçı “Real” 7,15 milyon avro, “Atletik” 2 milyon avro, “Malyorka” isə 850 min avro qazanmışdı.
Qeyd edək ki, İspaniya Superkuboku yanvarın 7-də “Barselona” – “Atletik” oyunu ilə start götürəcək. Yanvarın 8-də isə “Real” “Atletiko” ilə qarşılaşacaq. Bu turnir ümumilikdə altıncı dəfə, hazırkı dördkomandalı formatda isə ardıcıl beşinci dəfə Səudiyyə Ərəbistanında keçiriləcək.
Heybət
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman2 Aprel 19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir









.jpg)


.jpg)






















