İdman
"Siti"nin oyununda ara qarışdı, Qvardiola sülhməramlı oldu - VİDEO
“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma “Sanderlend”in yarımmüdafiəçisi Lyuk O’Nyenlə mübahisə yaşayıb.
Publika.az xəbər verir ki, insident Premyer Liqanın 19-cu turu çərçivəsində Sanderlenddə keçirilən və 0:0 hesabı ilə başa çatan oyundan sonra meydanda baş verib. Ehtiyatda olan O’Nyen matçın sonlarında topu ələ alaraq “şəhərlilər”in autdan oyunu tez başlatmasına mane olub.
Final fitindən sonra Donnarumma O’Nyenə etirazını bildirib və tərəflər arasında gərginlik yaranıb. Münaqişənin böyüməsinin qarşısını hər iki komandanın futbolçuları alıb. Vəziyyətin sakitləşməsində “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola da rol oynayıb.
İspaniyalı mütəxəssis hadisəyə münasibət bildirərək deyib: “Futbolda belə hallar olur. Heç kim zərər görməyib, ciddi heç nə baş verməyib”.
Heybət
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman2 Aprel 19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir









.jpg)


.jpg)






















